 

Salam siz tarla dairələrinə həsr olunmuş sayta daxil
olmusunuz. Bu tarla dairələri haqqında internet mekanında olan demək olar ki, ən
geniş saytdir. Burada siz tarla dairələrinin beynəlxalq verilənlər bazası da
daxil olmaqla, lazımlı bütün informasiyanı ala bilərsiniz.
Sizin burada görəcəyiniz dairələr
tamamilə realdır və bütün dünyada tapılmışdır və mənşəyi məlum deyildir.
Böyük Britaniya fermerləri
xatırlayırlar ki, burada belə dairələr artıq bir neçə nəsildir ki, müşahidə
olunur. Britaniya jurnalistləri ilk dəfə dairələr haqqında 1980-ci illərin
əvvəllərində xəbər verdilər. Sadə dairələrdən nəhəng qəliz həndəsi fiqurlara
doğru inkişaf etmiş bu qeyri-adi dairələr 1990-cı illərə doğru insan şüurunda
fenomen şəklində kök saldı. Bu dairələr ümumdünya fenomeninə çevrildi və
onların artmaqda olan sayı barədə müxtəlif ölkələrdən mütəmadi olaraq məlumatlar
gəlməkdədir. Lakin onlar ən çox Stounxenc, Eyvbari və Silvbari Hill (Avropada
insanlar tərəfidən yaradılmış ən böyük dənlikdir) kimi qədim, maraqlı dairələr
yerləşən Cənubi İngiltərədə cəmlənmişdirlər.
Bu dairələrin peyda olmasının
səbəblərinə aid çoxlu nəzəriyyələrin mövcud olmasına baxmayaraq, hələ ki heç kəs
dairələrin necə yarandığını aydın şəkildə başa sala bilməmişdir. Lakin, bəlkə də
ən inandırıcı videolara baxanda biz tarlanın üzərində ağ işıqdan yaranan ağ
kürələri görürük. Bu kürələrin çoxu gün işiğında çəkilmışdi və görünür
məqsədyönlü hərəkət edirdilər. Bu, tarlalarda dairələrin əmələ gəlməsi və bu ağ
kürələrlə mümkün əlaqədən xəbər vermirmi?
Alimlər dairələrdəki bitkilərdən
nümunə götürürdülər. Amerikalı biofizik Vilyam Levenqud belə fərz edirki,
dairələrin yaradılma prosesində bilinməyən növ mikrodalğalardan istifadə olunub.
Tədqiqatçıları öz tədqiqatlarına daha çox yaradıcı və innovasion şəkildə
yanaşmağa çağırırlar. Hal-hazırda aparılan bəzi tədqiqatlarda meditasiya, musiqi
və işıq istifadə olunur, çünki görünür bu dairələr insan şüuru ilə qarşılıqlı
əlaqəyə girə bilirlər.
Bu dairələr əslində nə olsalar da,
bütün dünyada bir çox insanları ruhlandırır və heyrətləndirir. Bu işlə məşğul
omağa başlayan bütün insaların həyatı tamamilə dəyişmişdir. Bu insanlar daha çox
anlamağa başlayırlar ki, yaşadığımız bu dünya biz təsəvvür etdiyimizdən daha
sirli və qəlizdir.
Bu saytın əsas məqsədi sizi (və
dünyanı) dairələrlə bağlı ən son və maraqlı xəbərlərlə məlumatlandırmaqdır.
Saydakı materiallar aparıcı tədqiqatçıların hesabatları ilə qabaqcıl
fotoqrafların yüksək keyfiyyətli foto şəkillərindən ibarətdir.
Aprel ve Avqust aylar ərzində
tarlalarda yeni dairələr əmələ gəlmişdir.Ona görədə biz ən son və yeni
məlumatları və fotoları nəşr edəcəyik. Əlbəttə ümüd edirik ki, məlumat
bazamızın aktuallığını qoruyub saxlamaq üçün siz də bizə baş verən ən son
hadisələr haqda məlumat verəcəksiniz. Bizə öz məlumatlarınızı və
fotoşəkillərinizi göndərə bilərsiniz.
Biz ümüd edirik ki, bu sayt
zəmanəmizin sirlərinə bir açıq pəncərə olacaqdır və tarla dairələri barədə
maraqlanan bütün insanların cəmləşdiyi məkana çevriləcəkdir.
Thank you to Zip Mammadoff for the Azeri Translation. |